Xidmətləri həyata keçirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə yalnız Azərbaycan Respublikasında hüquq xidmətlərinin göstərilməsi sahəsində azı 5 il (tender haqqında elanın dərc edildiyi tarixədək) fasiləsiz fəaliyyət göstərən şirkətlər iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər ətraflı məlumatı və tenderin əsas şərtlər toplusunu 50 (əlli) manat məbləğində iştirak haqqını dövlət satınalmalarının https://www.etender.gov.az ünvanlı vahid internet portalından (portal) aşağıdakı hesaba köçürdükdən sonra əldə edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender haqqında ətrafli məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.
https://xalqqazeti.com/az/news/81227