Azərbaycanda e-ticarətin həcmi iyunda tarixi maksimumu yeniləyib

Bu ilin iyun ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 446 mln. manat həcmində ödəniş həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord mart ayında qeydə alınmışdı – 407 mln. manat.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici may ayı ilə müqayisədə 13,2%, ötən ilin iyun ayı ilə müqayisədə isə 45,8% artıb. E-ticarətdə aparılan ödənişlərin məbləği bank kartları ilə həyata keçirilən ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib – 54,1%.

Qeyd edək ki, cari ilin birinci yarısında əhali bank kartları vasitəsilə elektron ticarətdə 2,292 mlrd. manatlıq ödəniş edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,4% çoxdur.


For the first time the Swiss State Secretart for Economic indicated that Uber taxi