Bərk məişət tullantılarının yandırılması zavodu elektrik enerjisinin istehsalını 2% artırıb

Bu ilin yanvar-iyul aylarında Bakı bərk məişət tullantılarının yandırılması zavodunda 125,2 mln. kVt-st elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 2,2% artım deməkdir. “APA-Economics” Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-iyul aylarında zavod 122,5 mln. kVt-st elektrik enerjisi istehsal edib. Qeyd edək ki, ötən il zavod 200,6 mln. kVt-saat elektrik enerjisi istehsal edib. Xatırladaq ki, zavod 2012-ci ilin dekabrında istifadəyə verilib. 20 hektar ərazidə inşa olunan zavodun illik emal gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı təşkil edir.

For the first time the Swiss State Secretart for Economic indicated that Uber taxi