Anar Kərimov teatr, kinoteatr və konsert zallarının açılmasına münasibət bildirib

“Operativ qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın 1-dən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək. Amma burada müəyyən şərtlər var”. APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib. Nazir bildirib ki, pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVİD pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir. “Mədəniyyət Nazirliyi fəaliyyət başladıqdan sonra ciddi nəzarət edəcək ki, bu qaydalara riayət olunsun, nəticə etibarilə insanların virusa yoluxmasına səbəb yaranmasın”, - deyə nazir vurğulayıb.

For the first time the Swiss State Secretart for Economic indicated that Uber taxi