Bakıda "TÜRKSOY Media Mükafatı" təqdim olunub

Bakıda "TÜRKSOY Media Mükafatı"nın təqdimetmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov TÜRKSOY-un 44 günlük müharibə dövründə Azərbaycana verdiyi dəstəyi vurğulayıb:

·       

"Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərinə başlayıb. Bu işlərin ən vacib hissəsi mədəniyyət işləridir. Burda məsələ Azərbaycan kimliyinin yenidən həmin ərazilərə qaytarılmasıdır. İnanırıq ki, bu işlərdə də 44 günlük müharibədə oldugu kimi bu işlərdə də , Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) bizim yanımızda olacaq. Azərbaycan bütün bu ədalətsizliyə bütün cinayətlərə baxmayaraq dünyaya bəyan edir ki, Azərbaycan heç zaman müharibə etmək, dağıtmaq etnik təmizləmələr niyyətində olmayıb, beynəlxalq hüququ bərpa etmək niyyətində olub. Biz inanırıq ki, bizim sülh çağırışlarimizi da dünyaya təbliğ etməkdə TÜRKSOY bizə yardımçı olacaq.

Bir daha sizə Azərbaycana gəldiyiniz və bu tarixi günlərdə yanımızda olduğunuz üçün təşəkkür edirik.

Sonra 2020-ci il üçün özəl olaraq “TÜRKSOY Media Mükafatı” 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə təqdim edilib.

Qeyd edək ki, TÜRKSOY tərəfindən 2009-cu ildən etibarən hər il türk dünyasında baş verən mədəniyyət və incəsənət hadisələrini, ümumtürk mədəniyyətini və təşkilatın fəaliyyətlərini geniş işıqlandıran, dünya mətbuatında təbliğ edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə və mətbuat qurumlarına “TÜRKSOY Media Mükafatı” təqdim edilməkdədir.

 

For the first time the Swiss State Secretart for Economic indicated that Uber taxi