Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi
Kiçik və Orta Sahibkarlıq
Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, yerli vergi
qanunvericiliyi, o cümlədən həmin standartlara uyğun olaraq mühasibat uçotunun
aparılması qaydaları əsasında mühasibat uçotunun aparılması, habelə maliyyə,
vergi və digər hesabatların tərtibi üzrə mühasibat uçotu subyektləri üçün
proqram təminatının birinci mərhələsinin (proqram təminatının əsas funksional
modullar sisteminin hazırlanması, sistemin arxitekturasının yaradılması və
serverlərin sazlanması) hazırlanması məqsədilə
TENDER ELAN EDİR
Tender keçirən- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Ünvan- Bakı şəhəri, AZ 1022, S. Vurğun küçəsi 135.
1. Açıq tenderə- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, yerli vergi qanunvericiliyi, o
cümlədən həmin standartlara uyğun olaraq mühasibat uçotunun aparılması qaydaları
əsasında mühasibat uçotunun aparılması, habelə maliyyə, vergi və digər
hesabatların tərtibi üzrə mühasibat uçotu subyektləri üçün proqram təminatının
birinci mərhələsinin (proqram təminatının əsas funksional modullar sisteminin
hazırlanması, sistemin arxitekturasının yaradılması və serverlərin sazlanması)
hazırlanması təklif olunur.
2. Tender proseduru 2021-ci il oktyabrın 26-sı saat 11.00-da
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin konfrans zalında (III mərtəbə,
338-ci otaq) keçiriləcəkdir.
3. Tenderdə iştirak üçün iddiaçılar aşağıdakı sənədləri təqdim
etməlidirlər.
3.1. Tenderdə iştirak etmək üçün ərizə.
3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş
qəbzi).
3.3. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan
keçdiyi ölkə və bank rekvizitləri.
3.4. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri)
fəaliyyəti barədə məlumat və analoji iş təcrübəsini təsdiq edən sənədlər.
3.5. Təklifin dəyərinin 1(bir) faizi həcmində bank təminatı.
3.6. İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank
tərəfindən verilmiş arayış.
3.7. İddiaçının son bir il ərzində fəaliyyəti barədə vergi
orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
3.8. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin vergi məcəlləsi ilə
müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
haqqında vergi orqanlarından arayış.
3.9. Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər
sənədlər.
4. İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və
bank təminatı istisna olmaqla) 2021-ci il oktyabrın 14-ü saat 11.00-a, tender
təklifi və bank təminatını isə 2021-ci il oktyabrın 25-i saat 11.00-dək
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinə təqdim
etməlidirlər.
5. Proqram təminatının hazırlanması və tətbiqi sahəsində azı beş
il iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları
olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə
müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə
bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi -texniki bazası (öz
əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr
tenderdə iştirak edə bilməzlər.
6. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə
qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
7. İddiaçı tender təklifində tender predmetini səciyyələndirən
bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra
müddətini, dəyərini, hesablaşma formasını və işin icra yeri barədə məlumatları
tender komissiyasına təqdim etməlidir.
8. Tenderdə iştirak etmək istəyən iddiaçılar Maliyyə Nazirliyinə
müraciətdən və tenderdə iştirak üçün 1500 (bir min beş yüz) manat ödədikdən
sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər. İştirak haqqı heç bir
halda geri qaytarılmır.
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
VÖEN -1400108191
Ünvan- Bakı şəhəri, S. Vurğun küçəsi 135.
BANK- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
M/h- AZ41NABZ01360100000000003944
VÖEN - 1401555071
S.W.İ.F.T. BİK- CTREAZ22
Maliyyə Nazirliyi kitab- 002527-2108571
Hh-AZ83CTRE00000000000002108571
Büdcə səviyyəsinin kodu-7
Büdcə təsnifatının kodu- 142330
9. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici
şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin baş
məsləhətçisi Arif Şixəliyevdir. Əlavə məlumat almaq üçün 13 sentyabr 2021-ci il
saat 10.00-dan 25 oktyabr 2021-ci il saat 17.00-dək müraciət etmək olar (fasilə
saat 13.00-dan 14.00-dək).
Əlaqə telefonu- 012 -404- 46- 99 (519), (faks) 012- 404- 47- 21.
e-mail arif.shixaliyev@maliyye.gov.az
10. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib
olunmuş, rus və ingilis dillərinə tərcümə edilmişdir.
11. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun keçirilir.