Ötən həftənin yekunlarına görə,
ABŞ-ın kommersiya nefti ehtiyatları 2 346 min barel artaraq 420 887 min barel
təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın
Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA)
dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə
analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 418 min barel azalacağını
proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-ın kommersiya
neft ehtiyatları yeddi həftəlik azalmadan sonra ikinci həftədir artır.
ABŞ-ın neft ehtiyatları haqqında
məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli
dərəcədə təsir edir.