Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan
fyuçers kotirovkalarının qiyməti azalıb.
"APA-Economics"in məlumatına görə, noyabrda
çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal
unit – Britaniya istilik vahidi) üçün 0,58% azalaraq 5,680 ABŞ dolları təşkil
edib.