“PAŞA Bank”ın Müşahidə Şurasının sədri Bankdan pay alıb

 

“PAŞA Bank” ASC-nin səhmlərinin 15 %-nə nəzarət edən Arif Paşayev payının 5 %-lik hissəsini Bankın Müşahidə Şurasının sədri Mir Camal Paşayevə ötürüb.

Bu barədə “PAŞA Bank”a istinadən xəbər verilir.

Məlumata görə, Bankın səhmlərinin qalan hissəsi əvvəlki qaydada “PAŞA Holdinq” (56,8 %) və “Ador” (28,2 %) MMC-lərə məxsusdur.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354 milyon 512 min manatdır.

Hazırda bankın səhmdarları: "PASHA Holding" MMC (≈ 56,8195%), "ADOR" MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayev (≈ 5,0066%).

 

For the first time the Swiss State Secretart for Economic indicated that Uber taxi