“Premium Bank” ilə ödənişləri bank kartı olmadan da aparmaq mümkün oldu

“Premium Bank” müştərilərə daha bir imkan yaradıb. Alış-veriş mərkəzlərindəki yeni nəsil POS terminalları vasitəsilə indi ödənişləri nağd pul və bank kartı olmadan da aparmaq mümkündür. Ödəniş POS terminaldakı “QR kod” vasitəsilə birbaşa müştərinin hesabından aparılır. Bu imkan Azərbaycan Respublikası Mərkəzi Bankının bir neçə ay əvvəl istifadəyə verdiyi Ani Ödənişlər Sistemi çərçivəsində təmin edilib. Artıq Bakı və Abşeron rayonu üzrə “Neptun” mağazalar şəbəkəsində malların dəyərini yeni nəsil POS terminallar ilə rahat və təhlükəsiz şəkildə ödənişi uğurla sınaqdan keçirilib.

Ani Ödənişlər Sisteminin platformasında istifadə olunan “QR kod” həlli innovativ ən müasir nağdsız ödəniş üsullarındandır. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. Xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” effektiv ödəniş həlli hesab olunur. “QR kod” ödəniş həllindən istifadə sahibkarlar üçün də əlverişli şərait yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən daha səmərəli, operativ istifadə edilməsini mümkün edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.


For the first time the Swiss State Secretart for Economic indicated that Uber taxi