Bu ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektorunda
daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 27,5
mln. ton yük, 298,1 mln. sərnişin daşınıb.
Dövlət Statistika
Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni
dövrü ilə müqayisədə qeyd olunan göstəricilər üzrə müvafiq olaraq 8,9% və 18%
artım qeydə alınıb.
“Sərnişinlərin 95%-i avtobus, 5%-i isə minik taksilərinin
xidmətlərindən istifadə edib”, - məlumatda qeyd olunur.