Jurnalistlərin iqtisadi müstəqilliyinin təmin edilməsi ilə bağlı təkliflər hazırlanıb

"Medianın İnkişafı Agentliyi jurnalistlərin iqtisadi müstəqilliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflər hazırlayıb”.

APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib. Onun sözlərinə görə, hazırda aidiyyəti üzrə müzakirələr aparılır:

“Media reyesterinin aparılması qaydaları və şəhadətnaməsinin formasının ilkin layihəsi də artıq hazırlanıb. Layihə barədə aidiyyəti üzrə müvafiq qurumlarla razılaşdırılma aparılmaqdadır”.

Mətbuat katibi istinad qaydalarının pozulmasına da münasibət bildirib. O qeyd edib ki, media haqda qanun jurnalistlərə öz hüquqlarının pozulmasi halında hüquqlarının müdafiəsi üçün hüquqi əsas verir:

"Bu məsələ inzibati deyil, yalnız mülkü müstəvidə həll edilir. Medianın İnkişafı Agentliyi bu məsələlərə inzibati müdaxilə etmir" - o deyib.

 

For the first time the Swiss State Secretart for Economic indicated that Uber taxi