Medianın İnkişaf Agentliy (MEDİA) və ADA Universitetinin İnkişaf
və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Media və kommunikasiya
siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminar tədbirinin açılışı olub.
APA xəbər verir ki, seminar dövlət
təşkilatlarının ictimaiyyətlə əlaqələr funksiyası ilə məşğul olan
əməkdaşları üçün nəzərdə tutulub. Seminar yerli və xarici mütəxəssislərin
çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları hissələrindən
ibarət olacaq və 6 gün davam edəcək.