İcra hakimiyyəti 733 min manatlıq zibil qutusu və avadanlıqlar alıb

Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi ümumi dəyəri 733 151 manatlıq tenderə yekun vurub.

APA-Economics”in dövlət satınalmaları portalından əldə etdiyi məlumata görə, "KONEKS Construction" MMC ilə müxtəlif təyinatlı hissələr və məişət malları üçün 588 483 manatlıq müqavilə bağlanılıb.

Zibil qutuları və oturacaqların satın alınması üzrə tenderin qalibi isə "MODUL Xidmət" MMC olub. 80 oturacaq və 210 zibil qutusunun satın alınması üzrə müqavilənin dəyəri 144 668 manat təşkil edib.

Qeyd edək ki, "MODUL Xidmət" MMC daha çox dəftərxana ləvazimatlarının satın alınması üzrə tenderlərin qalibi olub.

 

For the first time the Swiss State Secretart for Economic indicated that Uber taxi