“Qazprom” qışda Azərbaycana 1 milyard kubmetrədək qaz - Tədarük Edə Bilər

“Qazprom” şirkəti bu qışda Azərbaycana 1 milyard kubmetrə qədər qaz tədarük edə

FED.az xəbər verir ki, “Noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləyə əsasən Azərbaycana Rusiya qazının nəqli başlayıb. Sənəd “Qazprom eksport” ilə SOCAR arasında imzalanıb. Nəql 2023-cü ilin mart ayınadək həyata keçiriləcək. Tədarükün həcmi 1 milyard kubmetrədək təşkil edəcək”, - deyə “Qazprom”un  məlumatında bildirilir.

Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər. Müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur. Tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq.Mexanizm tərəflər özünün neft-qaz infrastrukturunu optimal dərəcədə istfadə etməyə imkan yaradacaq.

2000-ci ildən 2006-cı ilədək “Qazprom” Azərbaycana qaz tədarük edib. “Şahdəniz” yatağı istifadəyə veriləndən sonra tədarük dayandırıldı. 2010-cu ildən 2014-cü ilədək Azərbaycan Rusiyaya qaz tədarük edib. 2015-ci ildə Azərbaycan metanol Zavodu (AzMeCo) üçün Rusiya qazının tədarükünü bərpa etmək cəhdləri olub. Daha sonra “Qazprom” 2017-ci və 2018-ci illərdə Azərbaycana qaz tədarük edib. (İnterfaks-Azərbaycan)

 

For the first time the Swiss State Secretart for Economic indicated that Uber taxi