"Audatex" sığorta sistemi 1 200-dən çox avtomobil modelini əhatə edib

Azərbaycanda sığorta hadisələri nəticəsində avtomobillərə dəymiş zərəri qiymətləndirən "Audatex" sisteminə bu günə qədər 50-yə yaxın avtomobil markasının 1 200-dən çox modeli üzrə ehtiyat hissələrinin qiymətləri daxil edilib.

Bunu "Audatex Azerbaijan" şirkətinin icraçı direktoru Daşdəmir Niftəliyev bildirib.

"Hazırda ölkədəki 4 sığorta şirkəti - "A-Qrup Sığorta", "Atasığorta", "Atəşgah Sığorta" və "PAŞA Sığorta" ASC-lər bizim qiymətləndirmə xidmətimizdən aktiv istifadə edir. Həmçinin "Meqa Sığorta" ASC də bu sistemə keçmək üzrədir, "Azərbaycan Sənaye Sığorta" ASC ilə isə danışıqlar davam etdirilir", - deyə şirkət rəhbəri qeyd edib.

AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!

Report

For the first time the Swiss State Secretart for Economic indicated that Uber taxi