Avtomobil sektorunda çip böhranı böyüyür

Çip böhranından mənfi təsir görən Ford, Honda, General Motors, Volkswagen, Renault, Tofaş kimi istehsalçıların arasına, Fiat ilə Peugeot-ın birləşməsi nəticəsində yaranmış Stellantis və elektrikli avtomobil istehsalçısı Nio da qatılıb.

Marja xəbər verir ki, Stellantis və Çinin elektrikli avtomobil istehsalçısı Nio da qlobal çip tədarük çətinliyinə görə istehsallarını azaltmaq qərarı veriblər. 

Stellantis yaydığı açıqlamasında, ikisi Kanadada, biri Meksikada və ikisi ABŞ-da olmaqla cəmi 5 zavodda, mikroçip tədarükü (əldə edilməsi) çətinliyi səbəbilə istehsalı dayandıracağını bildirib.

Stellantis zavodlarında istehsalın təxirə salınmasının nə qədər davam edəcəyini qeyd etməyib.

Teslanın Çindəki rəqiblərindən olan elektrikli avtomobil istehsalçısı Nio da Hefei zavodundakı istehsalı beş gün dayandıracağını açıqlayıb və ilk rüb üzrə avtomobil istehsal hədəfini 1000 avtomobil azaldıb.

Volkswagen də cümə günü etdiyi açıqlamada Meksikadakı zavodlarında pasxa dövründə müəyyən modellərin istehsalının olmayacağını açıqlayıb.

For the first time the Swiss State Secretart for Economic indicated that Uber taxi